Deputatlar “atışdı” - SPİKER MÜDAXİLƏ ETDİ

  • Müəllif: admin
  • 02 Noyabr 2018 12:33

Azərbaycan Milli Məclisinin bugün keçirilən plenar iclasında mübahisə yaranıb.

“Gununsesi” xəbər verir ki, bu, deputat Zahid Orucun məhkəmələrə hakim təyinatı layihəsi ilə bağlı çıxışı zamanı baş verib.

Z.Oruc çıxış edərkən deputat Yevda Abramov “Çox danışırsan” replikasını atıb.

Z.Oruc da deputat həmkarına “Yevda müəllim, Sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”-deyə cavab verib.

Spiker Oqtay Əsədov isə Z.Oruca çıxışını davam etdirməyi tövsiyə edib: “Camaata dərs keçmə. Sözü bir kəlmə dedin bitdi, uzatmaq lazım deyil”.