Viktoriya gölündə gəmi qəzaya düşdü -Ən azı 30 nəfər ölüb

  • Müəllif: admin
  • 25 Noyabr 2018 20:15

Uqandada Viktoriya gölündə göyərtəsində 100-dən çox insanın olduğu gəmi qəzaya düşüb.

“Gununsesi.org” un “Röyters”ə istinadən məlumatına görə, hadisə nəticəsində azı 30 nəfər həlak olub.

Ölənlər arasında kral ailəsinin varisi Daudi Kinta Vasacın olduğu da bildirilir.

İtkin düşənlərin axtarışları davam edir.