Tahir Salahovun qızının milyonluq əsərləri oğurlandı

  • Müəllif: admin
  • 13 Dekabr 2018 17:36

Картинки по запросу tahir salahov

Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahovun qızı rəssam və heykəltəraş Aydan Salahovanın Moskvada 1 milyon rubldan çox dəyəri olan 2 rəsm əsəri oğurlanıb.

Gununsesi.org Kult.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, hazırda rəsm əsərlərini oğurlayan şəxs saxlanılıb.

“Rəsm əsərlərini oğurlayan şəxs Salahovaya onları baha qiymətə qaytaracağına söz versə də, sonradan onunla əlaqə yaratmayıb. Rəssam da polisə müraciət edib”, – mənbə bildirib.