Üç deputata yeni vəzifə verilir

  • Müəllif: admin
  • 24 Dekabr 2018 11:00

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbər seçiləcək.

Gununsesi.info Modern.az-a istinadən məlumat verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik təklif edilir.

Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın  namizədliyi irəli sürülüb.

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbərlərin seçilməsi məsələsi  parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.