Əli İnsanova ağır itki - MƏRASİMƏ BURAXILACAQMI?

  • Müəllif: admin
  • 25 Dekabr 2018 10:23

Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova ağır itki üz verib.

Gununsesi.org-un xəbərinə görə, sabiq nazirin böyük qardaşı Əhməd İnsanov vəfat edib.

Əli İnsanovun qardaşının dəfn mərasimə buraxılıb-buraxılmayacağı isə dəqiq bilinmir.

Onu da qeyd edək ki, Əli İnsanov həbsdə olduğu 14 il ərzində 3 bacısını və daha bir qardaşı Məhəmməd İnsanovu  itirib.

Gununsesi.org