Nazir müavini ölümdən qurtuldu - QƏZA

  • Müəllif: admin
  • 25 Dekabr 2018 17:07
Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakının Bülbül prospektində, Nizami Kino Mərkəzinin qarşısında qəzaya düşüb.
Gununsesi.org bakupost.az-a istinadən xəbər verir ki, İ.Babayev mərkəzin qarşısında “BMW” markalı, 10-AR-009 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşərkən “Nissan Tida” markalı avtomobil “BMW”nin qapısına çırpılıb.
Nazir müavini xəsarət almasa da, avtomobilə ziyan dəyib.
Gununsesi.org