İlham Əliyev köməkçisinə yeni vəzifə verdi

  • Müəllif: admin
  • 26 Dekabr 2018 12:07

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri Natiq Əmirov yeni vəzifəyə təyin olunub.

Gununsesi.org xəbər verir ki, ötən gün prezidentin Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” fərmana etdiyi dəyişikliklə əlaqədar N. Əmirov şuranın sədri təyin olunub.

Şuranın üzvləri isə aşağıdakı kimi təsdiq edilib:

Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan maliyyə naziri
Azərbaycan iqtisadiyyat naziri
Azərbaycan Mərkəzi Bankının sədri
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru

Xatırladaq ki, Maliyyə Sabitliyi Şurası 2016- ci ildə yaradılıb. Şuraya rəhbərliyi isə baş nazir həyata keçirirdi. Sözügedən fərmana edilələn dəyişikliyə əsasən rəhbərlik missiyasını N. Əmirov həyata keçirəcək.