AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana gəlməyi planlaşdırır -KOMİTƏDƏN İCAZƏ İSTƏYƏCƏM

  • Müəllif: admin
  • 27 Dekabr 2018 22:56

Avropa Şurası Parlament Assambleyasının Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Evarsdottir ölkəmizə gəlmək niyyətindədir.

Gununsesi.org bildirir ki, bu barədə məruzəçinin özü sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, həbsdəki blogger Mehman Hüseynovun yenidən məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycandan olan şikayətlərə münasibətində Thorhildur Sunna Evarsdottir bildirib ki, hesabatı hazırdır: “Hesabatımın giriş memorandumu yanvar ayında AŞPA`nın Hüquq və İnsan Haqları Komitəsinə təqdim olunacaq. Həmin andaca Komitədən Azərbaycana səfər etməyimə icazə istəyəcəm. Cəmi 6 ay əvvəl təyin olunmuşam və səbirsizliyinizi anlayıram, amma bu, AŞPA`da normal baxış müddətidir”.

Gununsesi.org