Məşhur gömrük polkovniki özünü güllələdi - SƏBƏB

  • Müəllif: admin
  • 31 Dekabr 2018 10:00
Naxçıvan Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidov özünə qəsd edib.
Gununsesi.org “AzPolitika.info”-ya istinadən bildirir ki, o, odlu silahla özünü güllələyib.
Məlumata görə, polkovnikin özünü güllələməsinin səbəbi təxminən 15 gündür mütəmadi olaraq istintaqa çağırılan və ciddi psixoloji təzyiq altında olması göstərilir.
Onun cənazəsi dəfn olunmaq üçün Bakıya gətirilir.

Xatırladaq ki, əvvəllər Sədərək gömrüyünün rəisi vəzifəsində işləmiş M.Seyidov Türkiyədə məşhur həbs olayından sonra vəzifəsinə qayıtsa da, 2017-ci ilin iyun ayında vəzifəsindən uzaqlaşdırılmış, bir neçə aydan sonra Gömrük Komitəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdu.
Məlumata görə, təxminən 1 ay əvvəl – noyabrın 26-da Naxçıvan MR Gömrük Komitəsinin sədri Asəf Məmmədov gözlənilmədən vəzifəsindən azad olunandan sonra GK rəhbərliyinin fəaliyyəti dərindən təftiş olunmağa başlayıb.