2019-da 8 yeni stansiya açılacaq -Bakıxanov, Sabunçu, Zabrat 1,Zabrat 2, Məhəmmədli, Fatmayi, Novxanı, Sumqayıt stansiyalarının açılışını edəcəyik

  • Müəllif: admin
  • 31 Dekabr 2018 18:14
Bakıdan Böyükkəsik istiqamətində əvvəl layihələndirilən, daha sonra çəkilməyən yolda şlaqbaumlar yenilənəcək. 

“Gununsesi.org” xəbər verir ki, bu sözləri Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, gələcəkdə sözügedən keçidlərin konfliktsiz keçidlərə keçilməsi planlaşdırılır:

“Bakıətrafı yollarda olan 14 stansiyanın hamısı hazır olmasa da 2019-cu ilin sonuna qədər Bakıda açılması planlaşdırılır. İlin ortalarına yaxın ikinci tərəfdən Koroğlu stansiyasından keçməklə Bakıxanov, Sabunçu, Zabrat 1,Zabrat 2, Məhəmmədli, Fatmayi, Novxanı, Sumqayıt stansiyalarının açılışını edəcəyik”.

Günel Türksoy