
Bakıda hoteldə yanğın qeydə alınıb.
“Gununsesi.org” FHN-ə istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonunda “Golden Shine” hotelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanıb.
Qatı tüstü olduğundan oteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.











