Elin sözü əvvəl-axır düz olur - FƏZAİL AĞAMALI

  • Müəllif: admin
  • 14 Yanvar 2019 10:14

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a müsahibəsində Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair müzakirələrə toxunub.

Gununsesi.org-un xəbərinə görə, deputat bunu istisna etmədyini deyib: “Artıq neçə vaxtdır bu məsələ mətbuata çıxır. Bilmirəm, apreldə və yaxud payızda olacaq. Ancaq gəldiyim nəticə budur ki, bir xalq mahnısı var: “Elin sözü əvvəl-axır düz olur” (gülüşmə). Bu qədər söhbətlər gedir, artıq mən də istisna etmirəm ki, ola bilsin 2019-cu ildə parlament seçkiləri keçirilsin.”

Gununsesi.org