
Bu gün Yasamal rayonundakı Məhsul stadionunda Milli Şuraya daxil olan müxalif partiyaların birgə təşkilatçılığı ilə mitinq keçirilib.
Gununsesi.org-un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan aksiyaya REAL Partiyası da dəstək verib.
Mitinqdə çıxış edən müxalifət liderləri siyasi məhbuslara azadlıq tələb edib.
Müxalifət aksiyada 10 mindən çox vətəndaşın qatıldığını bəyan edib.
Aksiyadan sonra Bakı Şəhər Baş Polis İdarəsi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, 2800 vətəndaşın qatıldığı mitinqdə ictimai asayişin pozulması hallarına rast gəlinməyib.
Gununsesi.org












