
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov “report”a müsahibəsində Milli Şuranın yaxın günlərdə yenidən mitinq keçirmək istəyi barədə danışıb.
Gununsesi.org-un xəbərinə görə, general müxalifəti iğtişaşa meyilli olmaqda günahlandrıb: ” Sonuncu mitinqlərində, onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”.












