ATƏT-in media azadlığı xüsusi nümayəndəsi hakimiyyətə müraciət etdi -HƏBSDƏKİ SİYASİ MƏHBUSLAR AZAD OLUNSUN...

  • Müəllif: admin
  • 24 Yanvar 2019 08:22

Gununsesi.org xəbər verir ki, ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi Harlem Desir Azərbaycan hakimiyyətinin bloqqer Mehman Hüseynovun barəsindəki cinayət işinin icraatına xitam verilməsindən məmnunluğunu ifadə edib:

“Mən hakimiyyəti analoji əsaslardan çıxış edərərk Mehman Hüseynovu mümkün qədər tez bir zamanda azad etməyə çağırıram. Azərbaycanda qondarma ittihamlarla hazırda həbsdə olan digər bloqqer və jurnalistlər də azad olunmalıdırlar”.