Milli Şuranın mitinqinə icazə verilmədi

  • Müəllif: admin
  • 24 Yanvar 2019 16:09

Milli Şuranın 26 noyabrda keçirmək istədiyi mitinqinə icazə verilməyib.

Gununsesi.org-un verdiyi məlumata görə, mitinqin təşkilat komitəsinin üzvü İbrahim İbrahimli bir qədər əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin cavabını meriyadan götürüb. BŞİH mitinqin keçirilməsinin məqsədəuyğun olmadığını qeyd edib.

Əldə etdiyimiz məlumata görə, bir neçə gün öncə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Mirqafar Seyidov BŞİH-ə müraciət edərək təhlükəsizlik tədbirləri ilə bağlı mitinqin keçirilməsinə razılıq verilməməsi barədə vəsatət verib.