Qardaşını ürəyindən bıçaqladı

  • Müəllif: admin
  • 26 Yanvar 2019 11:11

Goranboy rayonunda dəhşətli ölüm hadisəsi baş verib. 

Gununsesi.org-un verdiyi xəbərə görə, hadisə rayonun Xanqərvənd kəndində, gecə 23 radələrində olub.

Evdə olan iki qardaş birlikdə oyun oynayıblar. Oyunun sonu isə mübahisə ilə başa çatıb. 2004-cü il təvəllüdlü X. Məmmədov mətbəx bıçağı ilə qardaşı 2002-ci təvəllüdlü İ Məmmədovun ürəyindən bir bıçaq zərbəsi ilə vuraraq öldürüb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.