İsveçrədə meymunlara insan hüquqları statusu verilə bilər

  • Müəllif: admin
  • 26 Yanvar 2019 11:18
Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, İsveçrədə, Basel-Stadt kantonunun məhkəməsi şimpanzelərə  əsas insan hüquqları, məsələn, yaşamaq hüququ, sərbəst hərəkət azadlığı kimi əsas hüquqların verilməsi üçün referenduma icazə verib.
Məlumdur ki, müvafiq referendum Heyvanların Hüquqlarının Müdafiəsi mərkəzi  “Sentience Politics” tərəfindən təklif edilmişdi və onun məqsədi şimpanzeyə psixoloji və fizioloji toxunulmazlıq hüququ vermək idi. İsveçrədə dərman sənayesində istifadə olunan primatları qorumaq üçün belə bir addım atılıb. Yerli zoomüdafiəçilər hələ 2016-cı ildən etibarən buna nail olmağa çalışırlar.
Məlumdur ki, yanvarın əvvəlində referendum təşəbbüskarları səsvermə üçün zəruri olan 3 min imza toplayıb.
Bildirilir ki, ilk növbədə, Basel-Stadt hökuməti heyvanların mühafizəsi üçün İsveçrə Konstitusiyasının müddəalarını pozduğuna istinadən referendumu blok edib. Ancaq kantonun apellyasiya məhkəməsi bu qərarı ləğv etdi və referendum keçirilməsinə icazə verdi.