Vəkillər Kollegiyasından xaric edilən vəkillərdən birinin adı məlum oldu

  • Müəllif: admin
  • 27 Yanvar 2019 10:13

Məlum olduğu kimi Vəkillər Kollegiyası daha 3 vəkilin səlahiyyətlərinə xitam verilməsi üçün məhkəməyə müraciət göndərib.  Maraqlıdır ki, Vəkillər Kollegiyası indiyə qədər bu cür qərarlar versə də ancaq cəzalandırılan vəkillərin adları ictimaiyyətə açıqlamır.

Gununsesi.org-un araşdırması zamanı bir neçə gün əvvəl cəzalandırılan vəkillərdən birinin kimliyi məlum olub. Bəlli olub ki, kollegiyadan kənarlaşdırılan şəxs Vüqar Poladovdur.

Vəkilllik fəaliyyətindən əvvəl Vüqar Poladov Ədliyyə Nazirliyində çalışıb.