Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi… - AZAY QULİYEV YAZIR

  • Müəllif: admin
  • 27 Yanvar 2019 23:18

Ermənistanda partiya sədri Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölüb. Beynəlxalq təşkilatlardan heç biri isə bu hadisəyə reaksiya göstərməyib.

Gununsesi.org  xəbər verir ki, millət vəkili, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev Tvitter mikrobloqunda beynəlxalq təşkilatların ölkələrə münasibətdə ikili yanaşdığını bildirib:

“Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, siz AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digərlərinin necə reaksiya verəcəyini təsəvvür edərdiniz”.