
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurov bir qrup polis zabitinin həbs olunması barədə açıqlama verib.
Gununsesi.org a açıqlamasında Orxan Mansurov deyib ki, Ucar Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru polis kapitanı Şahin Əhmədov həbs edilib. Onun sözlərinə görə, adıçəkilən şəxs İran vəzifə səlahiyyətlərini aşaraq, İran vətəndaşlarına şəxsiyyət vəsiqəsi verib.
DİN sözçüsü deyib ki, bu fakt məlum olduqdan sonra polis kapitanı işdən kənarlaşdırılıb və barəsində həbs qərarı seçilib.
Orxan Mansurov polislərin kütləvi həbsi barədə xəbərləri də təkzib edib.












