İlham Əliyev Şirinov qardaşlarını təltif etdi

  • Müəllif: admin
  • 01 Fevral 2019 13:01

Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov “İgidliyə görə” medalı ilə təltif ediliblər.

Gununsesi.org-un xəbərinə görə, bu barədə müvafiq sərəncamı fevralın 1-də prezident İlham Əliyev imzalayıb.

Umudov qardaşları həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə mükafatlandırılıblar.

 Xatırladaq ki, hadisə yanvarın 19-da Ukraynanın Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.