Maduro növbədənkənar seçkilərə razılıq verdi

  • Müəllif: admin
  • 03 Fevral 2019 09:41

Venesuela prezidenti Nikolas Maduro ölkədə erkən parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.

Gununsesi.org-un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o, Karakas şəhərində tərəfdarlarının iştirakı ilə baş tutan mitinqdə bildirib.

 “Onlar seçki istəyirlər? Biz parlament seçkilərini keçirəcəyik”, – deyə Maduro söyləyib.

Ölkənin qanuni prezidenti təklifin Venesuelanın Konstitusiya Assambleyası tərəfindən nəzərdən keçiriləcəyini qeyd edib.