“İrana nəzarət üçün İraqdakı ordumuzu saxlayacağıq” - TRAMP

  • Müəllif: admin
  • 03 Fevral 2019 19:20

ABŞ prezidenti Donald Tramp müxtəlif ölkələrdə yerləşdirdiyi ordularla bağlı danışıb.

“Qaqfazinfo” “Posta”ya istinadən xəbər verir ki, o, İrana nəzarət üçün ABŞ-ın İraqdakı hərbi mövcduluğunun davam edəcəyini söyləyib.

 Əfqanıstanla bağlı da danışan Tramp bildirib ki, oradakı əsgərlərin sayını azaltmaq və sadəcə kəşfiyyatçıların saxlanılması barədə düşünür.