
İranda son günlər ərzaq və qeyri-ərzaq məhsullarını qiymətinin sürətlə bahalaşması müşahidə edilir. Bəs İrandakı iqtisadi gərginlik, bahalaşma tendensiyası bu və ya digər dərəcədə ölkəmizə də təsir edə bilərmi?
Gununsesi.org bildirir ki, Modereator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov İrandakı prroseslərin Azərbaycanın maraqları baxımından da arzuedilən olmadığına diqqət çəkdi:
“Iranla Azərbaycan arasında iqtisadi-ticari əlaqələr var. Son zamanlar İranla iqtisadi münasibətlər çox inkişaf edir. Iran Azərbyacanda müəyyən müəssisələrin tikilməsində iştirak edir. Azərbaycan Astarası ilə İran Astarasını birləşdirən dəmir yolunun salınması prosesi gedir. Ölkəmiz bu layihəyə vəsait ayırıb. Irandan Azərbaycana müəyyən mallar gətirilir. Azərbaycan da İrana müəyyən mallar ixrac edir. Yəni iki ölkə arasında müəyyən ticarət dövriyyəsi var.
Orada qiymətlərin qalxması İrana yönəlik sanksiyalarla əlaqədardır. ABŞ İrana ciddi sanksiyalar tətbiq edib. Bunlar da İrana öz təsirini göstərməkdədir.
Azərbaycan İranla qonşu dövlətdir. Bu mənada İrandakı bahalaşmanın ölkəmizə də müəyyən qədər təsiri ola bilər. Düzdür, bizim əsas idxal partnyorumuz Türkiyədir. Türkiyədə isə vəziyyət hələlik stabildir. Lakin biz istərdik ki, İranda da belə iqtisadi gərginlik olmasın. Istərdik İranda da stabillik olsun ki, oradakı proseslər Azərbaycanın daxili bazarına təsir etməsin”.










