
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla çeçenlər arasında yaşanan insidentdən sonra hər iki millətin nümayəndələri bir araya gəliblər.
Gununsesi.org xəbər verir ki, tərəflərin görüş videosu sosial şəbəkələrdə yayılıb. Bir masa arxasında toplanan şəxslər Moskvada baş verən olayın provakativ xarakter daşıdığını deyiblər.
Çeçenlərin nümayəndəsi bildirib ki, Rusiyada azərbaycanlılarla çeçenlər hər zaman dostluq edir, birlikdə işləyirlər və bir-birlərinə etibar edirlər: “Biz qardaş kimi birləşmişik. Azərbaycanlılar bizim aramızda anlaşılmazlıq, xoşagəlməz hadisələrin baş verəcəyindən narahat olmasınlar. Hansısa dələduz internetdə min adla təxribat xarakterli məlumatlar yaya bilər. Biz heç bir halda buna imkan vermərik. Çeçen xalqının adından demək istəyirik ki, azərbaycanlılar bizim qardaşlarımızıdır, heç kəs Azərbaycan xalqını təhqir edə bilməz”.












