Gəncədə ana və 12 yaşlı oğlu 6 gündür axtarılır

  • Müəllif: admin
  • 27 Fevral 2019 10:04

Gəncədə ana oğlu ilə birlikdə itkin düşüb.

Gununsesi.org  Trend-ə istinadən xəbər verrir ki, hadisə Gəncə şəhəri “DOS” yaşayış massivində baş verib.

 Həmin yaşayış massivi 6, bina 61, mənzil 1-də yaşayan 1982-ci il təvəllüdlü Cəlilova Sevinc Akif qızı onunla birlikdə yaşayan oğlu, 2007-ci il təvəllüdlü Cəlilov Cəfər Anar oğlu ilə birlikdə fevralın 22-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.