
İnterpol vasitəsilə 18 ildir beynəlxalq axtarışda olan killer Moskvada saxlanılıb.
Gununsesi.org “Lenta.ru”ya istinadən xəbərinə görə, onu Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi ələ keçirib.
Adı açıqlanmayan şəxs silahlı qrup yaradaraq onu idarə etməkdə və silsilə cinayətlər törətməkdə şübhəli bilinir.
Məlumata görə, Qazaxıstan hüquq-mühafizə orqanları onu 2001-ci ildə biznes-ortağını qətlə yetirməkdə ittiham edib. Bundan sonra fiqurant İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. O, saxlanıldıqdan sonra Qazaxıstana ekstradisiya edilib.











