
Ukrayna Ali Radasının deputatı faciəvi şəkildə dünyasını dəyişib.
Gununsesi.org-un “Strana.ua” portalına istinadən verdiyi xəbərə görə, “Milli Cəbhə” partiyasının üzvü olan Dmitri Tımçuk Kiyevdə evində silah təmizləyən zaman özünü güllələyib.
46 yaşlı millət vəkili hadisə yerindəcə keçinib.
Hadisənin təfərrüatları araşdırılır.
Gununsesi.org










