Bakıda yol çökdü

  • Müəllif: admin
  • 03 Sentyabr 2019 14:57

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində  (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib.

Gununsesi.org xəbər verir ki, hadisə nəticəsində yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb.

 Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır.
Gununsesi.org