![Balakende yol qezasi.mpg_snapshot_00.21_[2016.08.31_11.38.04]](https://www.gununsesi.info/wp-content/uploads/2016/08/Balakende-yol-qezasi.mpg_snapshot_00.21_2016.08.31_11.38.04.jpg)
Balakəndə baş verən yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, hadisə avqustun 30-u axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon sakini, 1956-cı il təvəllüdlü Aydın Nəbi oğlu Əliyevin idarə etdiyi “VAZ 21011” markalı, 62-BA-201 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə hərəkət edən,Balakən rayonu Katex kənd sakini,1992-ci il təvəllüdlü Elvin Abuzər oğlu Ölkəliyevin idarəetdiyi “VAZ 21015” markalı 10-NP-278 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəzadan sonra hər iki avtomobilin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Balakən RMX-dan verilən məlumata görə, yaralılardan Aydın Əliyevin üzərində cərrahiyə əməliyyatı aparılsada o əməliyyatdan bir qədər sonra ölüb. Digər yaralı Elvin Ölkəliyev cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
![Balakende yol qezasi.mpg_snapshot_01.44_[2016.08.31_11.38.48]](https://www.gununsesi.info/wp-content/uploads/2016/08/Balakende-yol-qezasi.mpg_snapshot_01.44_2016.08.31_11.38.48.jpg)
![Balakende yol qezasi.mpg_snapshot_00.43_[2016.08.31_11.38.13]](https://www.gununsesi.info/wp-content/uploads/2016/08/Balakende-yol-qezasi.mpg_snapshot_00.43_2016.08.31_11.38.13.jpg)
Gununsesi.info








