Albaniyada 5,6 bal gücündə zəlzələ olub.
Gununsesi.org bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 18:04 radələrində qeydə alınıb. Zəlzələnin episentri Durres şəhərindən 6 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar haqda hələ məlumat daxil olmayıb.
Gununsesi.org