Rusiyada tanker partlayıb, ölənlər var

  • Müəllif: admin
  • 02 Noyabr 2019 11:27

Rusiyada Naxodka dəniz limanında “Amerika körfəzi” tankerində partlayış baş verib.

Gununsesi.org “İnterfaks”a istinadən xəbər verir ki, yük göyərtəsində hava-qaz qarışığının partlaması nəticəsində iki nəfər ölüb.

Qeyd olunur ki, göyərtədə, ümumilikdə, 12 nəfər olub. Hazırda 1 nəfər itkin düşüb, axtarış tədbirləri həyata keçirilir. Gəmidə yanğın olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

 

Gununsesi.org