Boliviyadakı siyasi durumun qaydalara uyğun şəkildə və xarici müdaxilə olmadan həll edilməsinə ümid edirik.
Gununsesi.org xəbər verir ki, bunu Kreml sözçüsü Dimitri Peskov deyib. O, Boliviyanın eks-prezidenti Evo Moralesin Moskvadan sığınacaq tələb etmədiyini bildirib.
Qeyd edək ki, Boliviya Prezidenti Evo Morales ölkəsindəki genişmiqyaslı etiraz aksiyalarına görə ötən gün istefa verib.
Gununsesi.org