Lavrov və Kerri Suriya məsələsini müzakirə etdi

  • Müəllif: admin
  • 04 Sentyabr 2016 14:27

kerri

Bu gün Çinin Xançjou şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, apa-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, C. Kerri ABŞ və Rusiyanın Suriya ilə bağlı  bir çox texniki məsələlər üzrə razılığa gəldiyini, razılaşdırılacaq bəzi məqamların qaldığını bildirib.

ABŞ dövlət katibi S. Lavrovla sabah, sentyabrın 5-də növbəti görüş keçirmək barədə razılığa gəldiklərini də açıqlayıb. Həmin görüşdə Suriya ilə bağlı ABŞ və Rusiya arasında  ziddiyyətlərin aradan qaldırılması üçün müzakirələr davam edəcək.

 

Gununsesi.info