
Belarus lideri Aleksandr Lukaşenkonun varisi Kolyann uzun müddətdən bəri “yoxa çixması” Belarus ictimaiyyətində ciddi müzakirə predmetinə çevrilib. Vəziyyət o həddə çatıb ki, Belarus Prezident Administrasiyası məsləyə aydınlıq gətirib.
Gununsesi.info “Qovorit Moskva”-ya müsahibəsində Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont prezident Aleksandr Lukaşenkonun 12 yaşlı oğlu Kolyanın “yoxa çıxması”nı təhsil proqramınn gərginliyi ilə izah edib. “Bundan əlavə olaraq Kolya aktiv və ciddi formada formada idman və musiqi ilə məşğul olur. Ümumiyyətlə, bu məsələdə heç bir şey olmayan düz yerdə senssasiya axtarırlar. Hansı ki, belə bir şey yoxdur”- deyə, Eysmont bildirib.
Ciddi məşğuliyyətinin olduğunu dilə gətirən prezidentin mətbuat katibi deyib ki, həqiqətən də bu səbəblərdən Kolya “Miss Belarus” və digər tədbrilərdə iştirak etmədi: “Təəccüblüdür, görəsən, kimdir belə məsələləri qaldıran…”.
Belarus mətbuataı yazıb ki, son aylarda Aleksnadr Lukaşenkonun kişik oğlu və özünün varisi elan etdiyi Kolya çox təsadüf hallarda göründüyündən, onun az-az görünməsi Belarus cəmiyyətində ciddi rezonansa və müxtəlif şaiyələrin yaranmasına səbəb olub. 12 yaşlı Kolya sonuncu dəfə mayn 21-də Vatikanda Roma Papası Françiski ilə görüşdə efirdə görsənib. Bundan sonra 12 yaşlı Kolya Aleksandr Lukaşenkonun iştiral etdiyi tədbirdə və səfərdə onun yanında görünməyib.
Qeyd edək ki, belə demək mümkünsə, ölkədə Kolyasız heç bir rəsmi tədbir keçirilmir. Kolya indiyədək bir sıra dövlət başçıları ilə görüşüb və hətta, ona qızıldan pistolet də hədiyyə edilib. Belarusda generallar hərbi salam verirlər. Kolya indiyədək Vladimir Putin, Barak Obama, Dmitriy Medvedyev, Viktor Yuşenko, Roma Papas Franşisk və digərləri ilə görüşüb.Kolya hətta, MDB dövlət başçılarının sammitində, hərbi paradda, həmçinin, Soşidə və Pekindəki olimpiadalarda iştirak edib.
Gununsesi.info












