“Mini yubka geyən qadın istəyirəm” - 70 yaşlı kişi efirə çıxdı (VİDEO)

  • Müəllif: admin
  • 02 Mart 2020 19:55

ARB TV-də yayımlanan “Elgizlə İzlə” verilişinə zəng edən 70 yaşlı Mütəllim adlı kişi evlənmək istədiyini deyib.

Gununsesiaz.info xəbər verir ki, Mütəllimin efirdə gizli səs yazısı ortaya çıxıb. O, ailə quracağı xanımı belə təsvir edib.
“Cavan, hündürdaban ayaqqabı, qısa ətək geyinən və dodağına qırmızı pomada sürtən xanım istəyirəm. Yanında da bir uşağı olsun. Mənim 70 yaşım var indi qadına baxan deyiləm. Qadın mənə baxmalıdır”.
Onun bu fikirlərindən sonra studiyada hər kəs onu tənqid edib.

Həmin görüntüləri təqdim edirik: