Koronavirusa görə diz çöküb üzr istədi

  • Müəllif: admin
  • 02 Mart 2020 20:08

Dünyada koronavirusun ən çox yayıldığı ölkələrdən biri də Cənubi Koreyadır.

Gununsesiaz.info-nun xarici mediaya istinadən məlumatına görə, burada indiyədək 4200 yoluxma, 26 ölüm faktı qeydə alınıb. Ölkədə virusa yoluxan ən gənc xəstə 45 günlük körpədir.

Cənubi Koreyada koronavirusa yolxuma faktının 60%-i Daegu şəhərindəki Shincheonji dini təriqəti ilə bağlıdır. Belə ki, hazırda 2500 nəfərin yoluxduğu şəhərdə xristianlığa bağlı olan bu təriqətin 61 yaşlı kilsə işçisi ilk dəfə Covid-19-a tutulmuş və bununla da ölkədə xəstəlik yayılmışdı. Seul hökuməti bu səbəbdən təriqəti cinayətkarlıqda ittiham edir.

Shincheonji təriqətinin lideri Li Man-hi bu gün mətbuat konfransı keçirərək diz çöküb və bütün ölkədən göz yaşları içərisində üzr istəyib. Li Man-hi bütün vətəndaşlardan və hökumət rəsmilərindən bağışlanmasını istəyirb.

Qeyd edək ki, Shincheonji təriqəti hökumətlə birgə virusa qarşı mübarizə aparmağı rədd etmiş, bəzi məlumatları isə dövlətdən gizlətmişdi.



0

 

 

Gununsesiaz.info