Yer kürəsinə nəhəng asteroid yaxınlaşır

  • Müəllif: admin
  • 04 Mart 2020 16:28

Diametri dörd kilometr olan asteroid Yer kürəsinə yaxınlaşır. 

Gununsesi.org xəbər verir ki, bununla bağlı NASA məlumat yayıb.

Hesablamalara görə, 52768 nömrəli asteroid aprelin 29-da Yerə ən yaxın məsafədən keçəcək.

Qeyd edilib ki, hazırda asteroid planetimizdən 6,29 milyon kilometr uzaqlıqdadır, bu isə Yerlə Ay arasındakı məsafədən 16 qat çoxdur.

Gununsesi.org