Gənc vəkil şəhid edilən əsgərimizdən yazdı – “Ən böyük arzusu…”

  • Müəllif: admin
  • 04 Mart 2020 18:08
Vəkil Əziz Qənbərov: “Niyyəti bu torpaq uğrunda ŞƏHİDLİK zirvəsinə ucalmaq idi, ucaldı da!”
Gənc vəkil Əziz Qənbərov erməni təcavüzkarları tərəfindən şəhid edilən İbrahim Vəliyev haqqında maraqlı portret yazı qələmə alıb.
Gununsesi.org həmin yazını sizə təqdium edir:
“Əslən Kəlbəcər rayonu Mollabayramlı kəndindən olan Vəliyev İbrahim Ələmşah oğlu 16.08.2001-ci il tarixdə Zərdab rayonunda anadan olub. Ailəsi 1993-cü ildə Kəlbəcər işğalından sonra Zərdab rayonu ərazisində məskunlaşmış və təsərüffatla məşğul olublar.
Orta təhsilini 9-cu sinifə qədər Zərdab rayon 3 saylı orta məktəbdə davam etdirib. Bundan sonra isə Zərdab rayon Peşə Litseyində təhsilini davam etdirərək texniki sahə üzrə Orta ixtisas təhsillinə sahib olub.
Ötən ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Uşaq yaşlarından ailəsi daim vətən həsrəti çəkdiyinə görə, bu həsrət onun da ruhuna sirayət etmiş və ona görə də hərbiyə marağı yüksək olmuşdur. Ən böyük arzusu atasının ata yurduna qayıtmaq üçün vətənin işğaldan azad edilməsində iştirak edib Şəhid olmaq olmuşdur. Şəhid olsa da, ata yurdunun işğaldan azad edilməsini görə bilmədi.
24.02.2020-ci il tarixdə Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində erməni təxribatının qarşısını qəhrəmanlıqla alaraq Şəhid olmuşdur. Ölümündən sonra Hərbi Xidmətdə Fərqlənməyə görə medalla təltif edilmişdir. Allah rəhmət eyləsin!”