Rusiyaya qanunsuz çərəz keçirmək istəyən azərbaycanlılar tutuldu

  • Müəllif: admin
  • 04 Mart 2020 17:55

Rusiyanın Samara vilayətinə qanunsuz meyvə aparan azərbaycanlılar saxlanılıb.

Gununsesi.org bildirir ki, bu barədə Citytraffic.ru xəbər yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşları qanunsuz olaraq Rusiya ərazisinə çərəz, ədviyyat, meyvə keçirmək istəyiblər.

Bu məhsullar onların əl və yük baqajlarında aşkar edilib.

Ümumilikdə, 443 kiloqram olan məhsullar aidiyyəti üzrə yandırılaraq məhv edilib.

Gununsesi.org