“Milli Məclisin sədrinin müavinlərindən biri müxalifətçidir” – Səfa Mirzəyev

  • Müəllif: admin
  • 10 Mart 2020 16:24

Milli Məclisin qarşıdakı iclaslarında”Siyasi partiyalar haqqında” qanunun yeni variantı qəbul ediləcək.

Gununsesi.org xəbər verir ki, bu barədə jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev söyləyib. O bildirib ki, artıq məsələ ilə bağlı ölkə başçısının da tapşırığı var. Səfa Mirzəyev deyib ki, Azərbaycan prezidenti Milli Məclisdəki açılış nitqində də söylədiyi kimi, siyasi partiyalar ölkənin ictimai-siyasi həyatında aktiv rol oynamalıdır.

“Diqqət etdinizsə, Milli Məclis sədrinin müavinlərindən biri müxalifət partiyasını təmsil edir. Həmçinin Milli Məclisdə komitə sədrinin müavinləri də müxalifət partiyalarının təmsilçiləri oldular”.

Qeyd edək ki, Səfa Mirzəyev bu fikirləri səsləndirərkən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəazil İbrahimlini nəzərdə tutur.

Gununsesi.org