Ərəbistanda koronavirusa yoluxanların sayında rekord

  • Müəllif: admin
  • 19 Aprel 2020 10:34

Səudiyyə Ərəbistanında son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda yüksəlib.

Gununsesi.org “Regnum.ru”ya istinadən bildirir ki, bunu Krallığın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd əl-Abdel Əli deyib.

Onun sözlərinə görə, son sutka ərzində koronavirusa yoluxanların sayı 1 132 nəfər artıb. Bununla da, virusa yoluxanlarn ümumi sayı 8,2 mini ötüb.

Daha 5 nəfər koronavirusun qurbanı olub. Onlardan biri yerli sakin, digər dördü isə əcnəbidir. Virusdan ölənlərin ümumi sayı 92-yə çatıb.

 

 

Gununsesi.org