İmişlidə “Kamaz” yandı

  • Müəllif: admin
  • 19 Sentyabr 2016 23:27

yangin

İmişlidə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Cəfərli kəndində vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobilinin kabinə hissəsi, təkərləri və banına yığılmış 10 ton ot baglamasının 3 tonu yanıb.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info