G-4 ölkələrinin xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasını islahatlara çağırdı

  • Müəllif: admin
  • 23 Sentyabr 2016 10:40

g-o

BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyə can atan dörd ölkənin xarici işlər nazirləri bu orqanı islahatlara çağıran bəyanatla çıxış ediblər.

Gununsesi.info-nun NHK televiziya kanalına istinadən yaydığı məlumata görə, Yaponiya, Almaniya, Braziliya və Hindistanın xarici işlər nazirləri sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasında bir araya gəliblər. Bu qrup həm də “Böyük dördlük” (G-4) adlandırılır.

Nazirlər bəyan ediblər ki, çoxsaylı münaqişələr və humanitar böhranlarla bağlı dünyada sülhün bərqərar olmasına çalışan daha məhsuldar, legitim və səmərəli Təhlükəsizlik Şurasına indi daha çox ehtiyac var.

Bəyanatda, həmçinin qeyd edilir ki, Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvləri sırasında bir qədər kiçik dövlətlərin nümayəndəliyinin yaradılması artıq zərurətə çevrilib.

Gununsesi.info