Azərbaycanlılar yaşayan bu kənddə karantin vaxtından əvvəl götürüldü

  • Müəllif: admin
  • 01 İyul 2020 11:33

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində sərt karantin rejimi götürülüb.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsindən bildirilib.

Ötən gün kənddə sərt karantin qaydalarının iyulun 6-da ləğv olunmasına dair qərar qəbul edilib.

Qeyd edək ki, Muşevanidə sərt karantin rejimi aprelin 25-dən tətbiq olunub. Kənddə koronavirus 80 sakində aşkarlanıb. Onların 1-i vəfat edib.   

Gununsesi.org