“Beşiktaş”ın kapitanı Burak Yılmazın karyerasını Fransada davam etdirəcəyi dəqiqləşib.
Gununsesi.org-un məlumatına görə, 35 yaşlı forvard “Lill” klubu ilə anlaşma əldə edib.
İstanbula yollanan Fransa klubunun tibbi heyəti tərəfindən müayinədən keçən Türkiyə millisinin üzvü yeni komandası ilə 2 illik müqavilə imzalayacaq. Burak artıq “Beşiktaş”la vidalaşıb.
Qeyd edək ki, Burak Yılmaz “Beşiktaş”a 2018-ci ildə “Trabzonspor”dan keçib.
Gununsesi.org