
Bu gün günorta saatlarında İstanbulda yol çöküb.
Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulun Güngören rayonunda Çam küçəsində yolun çökməsi nəticəsində 6 avtomobil yaranan çuxura düşüb.
Olay zamanı 1 nəfər yüngül yaralanıb.
Yolun çökməsinin səbəbi infrastruktur işləri ilə əlaqədar bir müddət əvvəl həmin yerin qazıldığı, sonradan qazılmış yerin lazımi səviyyədə doldurulmaması olub.
Gununsesi.info











