Salyan rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Gununsesi.info-ya verilən məlumata görə, rayonun Aşağı Noxudlu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7,5 ton ot bağlamasının 2,5 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info









