BMT Dağlıq Qarabağa missiya yerləşdirməyə hazırlaşır

  • By admin
  • 24 Noyabr 2020 16:39
BMT dekabrın əvvəlində minaların təmizlənməsi üzrə missiyasını Dağlıq Qarabağda yerləşdirməyi planlaşdırır. Bu barədə noyabrın 24-də TASS agentliyi məlumat yayıb. 
BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentindən verilən məlumata görə, BMT nəzdindəki  Ərazilərin Minalardan Təmizlənməsi Xidməti dekabr ayının əvvəllərində təcili olaraq xüsusi missiyanın yerləşdirilməsi üçün Dağlıq Qarabağda lazımi yardımı qiymətləndirməyə başlamağı planlaşdırır.
Sülhməramlı Əməliyyatlar Departamentinin rəsmisi açıqlamasında bildirib ki, Ərazilərinin Minalardan Təmizlənməsi Xidməti təmsil etdiyi qurumun digər ofislərini yerlərdəki ölkə təmsilçiləri ilə koordinasiya edərək, missiyanın Dağlıq Qarabağda təcili yerləşdirilməsi üzərində iş aparır.
“Böyük ehtimalla lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.org